A–
Bakı, 23 fevral, AZƏRTAC
“Expressbank”ın “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yeni Elmlər filialı fəaliyyətə başlayıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, yeni filial Bakı Dövlət Universiteti ilə üzbəüz, F.Ağayev küçəsi, 5 ünvanında yerləşir.
““Expressbank” filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində filialını müştərilərin istifadəsinə verdi. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də gediş-gəlişin asan olması məqsədilə metro stansiyasının yaxınlığında fəaliyyətə başlayıb. Bankın Elmlər filialı müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir”, - deyə “Expressbank”ın biznesin inkişafı departamentinin direktoru Mehriban Ocaqquliyeva bildirib.
Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.
AZERTAG.AZ :“Expressbank”ın yeni Elmlər filialı fəaliyyətə başlayıb