A+
A–

Sumqayıt, 23 fevral, AZƏRTAC
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında görkəmli şair Abdulla Şaiqin 135 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan kitabxanaçı Qənimə Baqişova şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra 5 saylı orta məktəbin kitabxanaçısı Şirin Abdullayeva və müəllimə Arzu Əliyeva şairin uşaq ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.
Şagirdlərin ifasında Abdulla Şaiqin hekayələri, təmsil və şeirləri səsləndirilib. Şairin təmsilləri əsasında nümayiş etdirilən bədii kompozisiya və səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
AZERTAG.AZ :Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Abdulla Şaiqin 135 illik yubileyi qeyd edilib