A+
A–

Buxarest, 24 fevral, AZƏRTAC
Rumıniyanın sabiq xarici işlər naziri, Avropa Parlamentində bu ölkəni təmsil edən keçmiş deputat Adrian Severin korrupsiya və vəzifəsindən sui-istifadə etmə ittihamı ilə 3 il 3 ay müddətinə həbs olunub. Bu qərar Rumıniya Ali Kassasiya və Ədliyyə məhkəməsi tərəfindən verilib. A.Severinin və Avropa Parlamentində daha iki sabiq deputat - Sloveniyadan Zoran Taller və Avstriyadan Ernst Strasserin adları korrupsiya qalmaqalında hallanırdı. Hər üç deputat 100 min avro müqabilində “Sunday Times”ın jurnalistlərinin qurduğu “oyuna” düşərək Britaniya biznes dairələrinin maraqlarını Avropa Parlamentində lobbiçilik etməyə razılaşmışdılar. Qalmaqaldan sonra Adrian Severin Rumıniya Sosial-Demokrat Partiyası sıralarından və Avropa sosial –demokratlar qrupundan çıxarılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
AZERTAG.AZ :Rumıniyanın sabiq xarici işlər naziri korrupsiya ittihamı ilə həbs edilib