A+
A–

Masallı, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Gənclər Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda keçirilən rəsm və inşa-yazı müsabiqəsi yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən müsabiqə rayon gənclər və idman idarəsi və təhsil şöbəsi tərəfindən təşkil olunub. Münsiflər heyətinin qərarına əsasən, rəsm müsabiqəsində Dəmirçi kənd ümumi orta məktəbin şagirdi Gülçin Mənsimova birinci yerə, Müsaküçə kənd tam orta məktəbin şagirdi Hafisə Şahverdiyeva ikinci yerə, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Arzu Əliyeva isə üçüncü yerə layiq görülüb.
İnşa-yazı müsabiqəsində isə 4 nömrəli Digah tam orta məktəbinin şagirdi Zümrüd Ağayeva, Kalinovka kənd tam orta məktəbinin şagirdi Elnarə Əsgərova, Həsənli kənd tam orta məktəbinin şagirdi Səkinə Vəlişova, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Arzu Əliyeva fərqləniblər.
Qaliblərə diplomlar və hədiyyələr verilib.
AZERTAG.AZ :Rəsm və inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Rəsm və inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Rəsm və inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb