A+
A–

Bakı, 25 fevral, AZƏRTAC
Martın 4-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə türk ədəbiyyatı günləri çərçivəsində Nazim Hikməti anma gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutacaq gecədə şairlər, yazıçılar, alimlərlə yanaşı, Nazim Hikmətlə qarşılaşmış, şairin yaradıcılığı ilə bağlı əhəmiyyət kəsb edən işlər görmüş önəmli simalar iştirak edəcək.
Qeyd edək ki, şairin 1902-ci il yanvar 15-də Selanikdə başlayan həyat yolu 1962-ci il iyunun 3-də Moskvada sona çatıb.
Məlumat üçün bildirək ki, UNESCO 2002-ci ili “Nazim Hikmət ili” elan etmişdi.
AZERTAG.AZ :Türk ədəbiyyatı günləri çərçivəsində Nazim Hikməti anma gecəsi