A+
A–

Bakı, 27 fevral, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərsalma, nəqliyyat və su məsələləri üzrə mütəxəssis və məsul şəxslərin iştirakı ilə “Bakı-Sumqayıt şəhərətrafı dəmir yolu xidməti” layihəsi müzakirə edilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov təmsil etdiyi qurumun şəhərsalma ilə bağlı istənilən layihənin müzakirəsində maraqlı olduğunu deyib.
Görüşdə layihə ilə bağlı mövcud normativ sənədlərə əməl olunmasının, dəmir yolu xəttindən normativ sanitar mühafizə zonasının saxlanmasının, həmçinin dəmir yolu ətrafındakı istifadəsiz torpaqlarla əlaqədar müvafiq təkliflərin verilməsinin vacibliyi qeyd olunub.
AZERTAG.AZ :“Bakı-Sumqayıt şəhərətrafı dəmir yolu xidməti” layihəsinə dair fikir mübadiləsi aparılıb
“Bakı-Sumqayıt şəhərətrafı dəmir yolu xidməti” layihəsinə dair fikir mübadiləsi aparılıb