Türkiyədə həndbol komandasını daşıyan avtobus aşıb: 2 ölü, 11 yaralı
Paylaş
81 baxış·1 dəq oxu
Bakı. 28 fevral. REPORT.AZ/ Türkiyənin Kayseri vilayətinin Sarız rayonunda "Adıyaman Belediyespor" həndbol komandasını daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı iki nəfərə çatıb. "Report"-un “NTV” telekanalına istinadən verdiyi xəbərə görə, "Kahramanmaraş-Kayseri" şossesində baş verən qəza nəticəsində 11 nəfər yaralanıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi göstərilir. Hadisə ilə bağlı araşdırma davam edir.