A–
Bakı, 1 mart, AZƏRTAC
Ötən il dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft daşları”ndakı 501 və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin müvafiq qurumlarının qüvvələri itkin düşənlərin axtarış işlərini hər gün həyata keçirir.
AZERTAG.AZ :Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları itkin düşən neftçilərin axtarışını davam etdirir