A+
A–

Bakı, 1 mart, AZƏRTAC
“MC&S”in media monitorinq qrupu fevral ayı üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Monitorinq qrupundan AZƏRTAC-a verilən məlumata görə, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 345 onlayn media daxil olmaqla 410-dan çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və digər sahələrin media monitorinqini aparır.
Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edilib. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında “Azercell” (818 məlumat), banklar arasında “Azərbaycan Beynəlxalq Bankı” (1725 məlumat), sığorta şirkətləri arasında “Azərsığorta” (167 məlumat), ali məktəblər arasında Bakı Dövlət Universiteti (947 məlumat), otel və biznes mərkəzləri arasında isə “Excelsior Hotel Baku” (164 məlumat) irəlidədir.
AZERTAG.AZ :“MC&S”in media monitorinq qrupu fevral üzrə məlumatların hesabatına yekun vurub