Bakı, 17 fevral, AzərTAc
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
AzərTAc xəbər verir ki, “Dalğa Arena”da “Neftçi” klubunun nəzdindəki U-17 komandası ilə qarşılaşan yığmamız 5:1 hesabı ilə qələbə qazanıb.
U-16-nın qollarını Fərid Nəbiyev (2 top), Elçin Əsədov, Elvin İmanlı və Bahadur Həziyev vurublar.