"Report"un analitik qrupunun apardığı araşdırma nəticəsində məlum olub ki, hesabat dövründə USD/EUR cütlüyünün məzənnəsində dəyişiklik baş verməyib (01.03.2016-cı il vəziyyətinə - 1,0860 USD/EUR).
Bununla yanaşı, funt sterlinqin məzənnəsi 1,4739 USD/GBP-dən martın 1-nə 1,3916 USD/GBP-yə düşüb və Fondun funt sterlinq ehtiyatları üzrə zərəri 96 120,4 min olub.
Avstraliya dollarının məzənnəsi 0,728 USD/AUD-dən 0,714 USD/AUD-yə enib və zərər 3 691,8 min dollar təşkil edib.
ARDNF-in Türkiyə lirəsində olan aktivləri isə məzənnənin 0,3426 USD/TRY-dan 0,3374 USD/TRY-ya enməsi səbəbindən 5 772,5 min dollar dəyərdən düşüb.
Rusiya rublunun məzənnəsi 0,0136 USD/RUB-dan 0,0133 USD/RUB-a düşüb və bu valyuta üzrə itki 10 960,5 min dollar olub.
Koreya vonunun məzənnəsi isə 0,0009 USD/KRW-dan 0,0008 USD/KRW-yə enib və zərər 49 197,5 min dollar təşkil edib.
Həmçinin, Çin yunanının məzənnəsi 0,1540 USD/CNY-dan 0,1526 USD/CNY-a düşüb və zərər 4 350,8 min dollar olub.
Qeyd edək ki, təhlil olunan dövr ərzində Yaponiya yeninin məzənnəsi 0,0083 USD/JPY-dən 0,0089 USD/JPY-a yüksəlib və bu valyuta cütlüyü üzrə ARDNF 38 857,0 min dollar qazanıb.