A–
Bakı, 2 mart, AZƏRTAC
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin və "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi davam edir.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, seçilmiş agent banklar tərəfindən "Bank of Azerbaijan"ın sənədləri qaydasında olan qorunan əmanətçilərinə 22 milyon 864 min manatdan artıq, "Gəncəbank"ın əmanətçilərinə 749 min manatdan çox kompensasiya ödənilib.
Qorunan əmanətçilər ərizə formalarını fondun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, "Bank of Azerbaijan"ın və "Gəncəbank"ın, eləcə də agent bankların filiallarından və www.adif.az saytından əldə edə bilərlər. Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
AZERTAG.AZ :"Bank of Azerbaijan"ın və "Gəncəbank"ın əmanətçilərinə ödənilən kompensasiyaların məbləği açıqlanıb