A–
Bakı, 3 mart, AZƏRTAC
Tibb işçiləri artıq sertifikasiya şəhadətnaməsini elektron qaydada ala biləcəklər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunun üçün e-health.gov.az saytına daxil olaraq “Sertifikasiya şəhadətnaməsinin çapı“ elektron xidməti barədə təlimatda göstərilən ardıcıllıqla sertifikasiya şəhadətnaməsini çap etmək mümkündür. Əgər vətəndaş həmin saytda qeydiyyatdan keçməyibsə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəsmi portalında qeydiyyatdan keçmənin təlimatında göstərilən formada qeydiyyata düşə bilər. Əlavə məlumatı 433-08-93 nömrəli telefona zəng etməklə və ya info@snsk.az elektron poçtu ilə əlaqə saxlamaqla almaq olar.
AZERTAG.AZ :Səhiyyə Nazirliyi: Sertifikasiya şəhadətnaməsi elektron qaydada veriləcək