Ruslar onun pulunu vermirlər

Ruslar onun pulunu vermirlər
11:47 1 Yanvar 2015
140 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Rusiya millisinin çalışdırıcısı italyan mütəxəssis Fabio Kapello 6 aydır ki, maaş ala bilmir.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, Rusiya Futbol Federasiyası hər ay baş məşqçinin pulunu ödəyəcəyini desə də, italyan mütəxəssis rusların əlində girinc qalıb.
 
Rusiya mətbuatında yer alan xəbərlərə görə, federasiya Kapello ilə yollarını ayırmağı düşünür. İddialara görə, italyan mütəxəssis ilə sazişi birtərəfli qaydada ləğv etmək federasiyaya 32 milyon dollara başa gələ bilər. Ona görə də yüksək miqdarda təzminat vermək məcburiyyətində qalan federasiya hələlik gözləməyi üstün tutur.
 
Kapello Rusiya millisini bu il Braziliyada keçirilən Dünya Kubokuna aparmağı bacarsa da, qrup mərhələsini keçə bilməməsi səbəbindən böyük təzyiqlərlə üzləşmişdi. Bu hadisədən sonra RFF həm futbolçulara, həm də Kapelloya əlavə mükafatların verilməyəcəyini açıqlamışdı.
 
Xatırladaq ki, Kapello 2018-ci ilə qədər millini çalışdırmağı öz üzərinə götürüb. Rəsmi olmayan məlumata görə, Kapello Rusiyada illik 6,7 milyon funt sterlinq qazanır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR