ABŞ prezidenti Barak Obama prezident səlahiyyətləri bitdikdən sonra da balaca qızı Saşanın məktəbi bitirməsi üçün bir neçə il Vaşinqtonda qalmağı planlaşdırır.

Milli.Az bildirir ki, azvision.az `The Washington Post`-a istinadən xəbər verir ki, bu barədə prezident Miluokidə səfəri zamanı deyib.

Prezident daha əvvəl tibbi sığorta ilə bağlı ona məktub yazan dörd qadın və kişi ilə birgə restoranlardan birində nahar edib. Onlar hava və Orta Qərb regionu haqqında danışıblar.

Qadınlardan biri Obamadan Havay adaları haqqında soruşub: "Havay adaları mənim yuvam, doğma vətənim, Çikaqo isə əsl evimdir". O, Mişelin orada doğulduğunu xatırladıb.

Nahar iştirakçılarından biri prezidentdən o və onun ailəsinin prezident səlahiyyətləri bitdikdən sonra hansı işlə məşğul olmasına dair sual verib.

"Biz Saşanın məktəbi bitirməsi üçün hələ bir neçə il burada qalmağı düşünürük". ABŞ prezidenti dərs ilinin ortasında qızının başqa bir məktəbə köçürülməsinin `çox sərt` olacağını bildirib.

Milli.Az