“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən bildirir ki, qəbulda vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
Nazir digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.


