Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi doğru addımdır.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçının fikrincə, Mərkəzi Banka inamın ciddi şəkildə azaldığını nəzərə alınsa, bank sektorunun qorunması üçün bu sahədə institutsional islahatlara ehtiyac var: "Manata inamın bərpası Mərkəzi Banka olan etibarın qaytarılmasından keçir. Mərkəzi Banka yaxın zamanlarda inamı bərpa etmək mümkün olmadığından bu bankın səlahiyyətlərinin mərhələli şəkildə başqa qurumlarla bölüşdürülməsi məqsədəuyğundur".

"Mərkəzi Bankın səlahiyyətlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi doğru addımdır"

Ekspert hesab edir ki, burada həm iqtisadi, həm də psixoloji faktorlar rol oynayır: "Psixoloji olaraq, baş verən iki devalvasiya Mərkəzi Bankla yanaşı, milli valyutaya və banklara olan inamın azalmasına gətirib çıxarıb. Bu səlahiyyətlərin vətəndaşların inandığı bir quruma verilməsinə ehtiyac yaranıb. Banklara nəzarətin gücləndirilməsi isə bu sektorun likvdiliyinin bərpa edilməsi və banklara inamın formalaşdırılması baxımdan vacibdir".

"Mərkəzi Bankın səlahiyyətlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi doğru addımdır"

V.Bayramov qeyd edib ki, problemli kreditlərin həcminin artması və dollarlaşma prosesinin qarşısını ala bilməyən və hətta kommersiya bankının lisenziyasını geri alıb 3 gün sonra özünə qaytaran Mərkəzi Bank həm 4 il əvvəl neft bumu dövründə, manatın məzənnəsinin mərhələli yumşaldılması ilə, həm də bir il öncə əmanətlərin indeksasiyası, dollar ilə kreditlərə kompensasiyaların verilməsi də daxil olmaqla onun bütün təkliflərinə "yox" dedi. Nəticə isə göz qabağındadır: "12 milyard dollar pulu xərcləyən baş bank hələ də milli valyutanın məzənnəsində stabillik yarada bilməyib. Valyuta xərclənib gedib, amma manat yenə də təzyiq altındadır. Deməli, struktur dəyişikliyi vacibdir. Bütövlükdə, Mərkəzi Bankın statusunun dəyişdirilərək müstəqil quruma və ya publik hüquqi şəxsə çevrilməsi və sadəcə uçot siyasətinə məsul olması məqsədəuyğundur".

İlkin İzzət
Milli.Az