A+
A–

Bakı, 5 mart, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan qardaş ölkənin yeganə xammal istehsalçısı olan “Petkim PetroKimya Holding A.Ş.” 2015-ci ili 639,2 milyon türk lirəsi xalis mənfəətlə tamamlayıb. Keçən ilin ilk rübündən etibarən başlayan mənfəət artımı ilin tamamında şirkətin gəlirinin 14 faiz artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Petkim” Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud məlumat verib. O bildirib ki, “Petkim” aktiv böyüklüyü 2014-cü illə müqayisədə 44 faiz artaraq 5 milyard 460,7 milyon türk lirəsi təşkil edib.
S.Qorqud qeyd edib ki, şirkətin illik istehsal gücü isə keçən il 87 faizə çatıb.
AZERTAG.AZ :“Petkim” ötən ili 639,2 milyon türk lirəsi mənfəətlə tamamlayıb
“Petkim” ötən ili 639,2 milyon türk lirəsi mənfəətlə tamamlayıb