A+
A–

Moskva, 5 mart, AZƏRTAC
Martın 4-də Bakıya səfər etmiş Rusiya Federasiyası xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Azərbaycan Xarici İşlər Nazirliyini başçısı Elmar Məmmədyarovla görüşünün nəticələrindən razı qalıb. O, TASS-a verdiyi müsahibəsində bildirib: “Biz ikitərəfli münasibətləri, qarşıda duran siyasi səviyyədə görüşlərin qrafikini müzakirə etdik. Təbii ki, Cənubi Qafqaz üzrə regional problemlər, bölgənin aparıcı dövlətlərinə münasibətimiz haqqında da danışdıq”.
Q.Karasin deyib: “Konstruktiv, məhsuldar, çox maraqlı görüş oldu”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
AZERTAG.AZ :Rusiya xarici işlər nazirinin müavini Azərbaycana səfərindən razıdır