A+
A–

Bakı, 6 mart, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.
Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 imtahan mərkəzində aparılan imtahan saat 13.00-da başlanıb və saat 15.30-da başa çatacaq.
İmtahana nəzarətçi-müəllimlər nəzarət edirlər.
AZERTAG.AZ :Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçirilir