A+
A–

Bakı, 8 mart, AZƏRTAC
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində bir qrup məhkum qadına yeni şəxsiyyət vəsiqələri verilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yeni sənədlər 16 yaşı tamam olan, şəxsiyyət vəsiqəsini itirən və müəyyən olunmuş yaş həddinə çatan 24 qadın məhkuma təqdim edilib.
Bayram münasibətilə məhkumları təbrik edən Penitensiar Xidmət rəhbərliyi onlara şəxsiyyət vəsiqəsinin verilməsinin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Tədbir cəzaçəkmə müəssisəsinin özfəaliyyət kollektivinin konsert proqramı ilə davam edib.
AZERTAG.AZ :Bir qrup məhkum qadına yeni şəxsiyyət vəsiqələri verilib
Bir qrup məhkum qadına yeni şəxsiyyət vəsiqələri verilib