"O səs Türkiyə" müsabiqəsinin bugünkü buraxılışında yarım final mərhələsi baş tutub.

ANS PRESS-in məlumatına görə, Ebru Gündeşin komandasında yer alan müsabiqədəki son azərbaycanlı iştirakçı Elnur Hüseynov komanda rəhbəri Ebru Gündeşlə birlikdə bəstəkar Cahangir Cahangirovun "Ay qız" mahnısını ifa ediblər.

“O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynov çıxışı həmişə olduğu kimi bu dəfə də hamı tərəfindən bəyənilib.

Qeyd edək ki, Elnur Hüseynov “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.

Mənbə
ANS PRESS