Bakı, 18 fevral, AzərTAc
“DəmirBank”ın təcili pul köçürmə xidmətləri üzrə pul köçürən və alanlara “Mobil danışıq kartı hədiyyə” kampaniyası davam edir.
Bankdan AzərTAc-a bildiriblər ki, kampaniyanın şərtlərinə əsasən bankın filiallarında ən azı 500 manat/USD/EUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2 min manat/USD/EUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.
Hədiyyə kampaniyası “DəmirBank” filiallarında həm pul göndərən, həm də pul alan müştərilərə də şamil edilir. Ölkə daxili “Şimşək” sistemi üzrə yalnız pul göndərən müştəriyə isə mobil rabitə ödəmə kartı hədiyyə edilir.
Kampaniya aprelin 31-dək davam edəcək.
“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir.