"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2015-ci ilin noyabrın 9-da Sumqayıtda baş verib. M.Quliyev Şahin Əliyevi münaqişə zəminində bıçaqlayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Quliyev tutulub.