Rusiya Federasiyasının Kiyevdəki səfirliyinə yenidən hücum edilib.

Milli.Az aznews.az-a istinadən bildirir ki, hazırda səfirliyin binasına yodla dolu butulkalar atılır.

RF səfirliyinin mətbuat katibi Oleq Qrişin hadisə ilə bağlı açıqlama verib. Bildirib ki, hazırda səfirlik ətrafında təxminən 200 adam var: "Onlar səfirliyə daş atırlar və üzərinə yod tökürlər".

Xatırladaq ki, martın 6-da səfirlik binası yumurta atəşinə məruz qalmışdı. Hücum Ukraynalı pilot Nadejda Savçenkonun Rusiyada jurnalistlərin ölümündə ittiham olunmasına etiraz məqsədi ilə edilmişdi.

Milli.Az