A+
A

Berlin, 11 mart, AZƏRTAC
Almaniyanın Osnabrük şəhərində 2005-ci ildən etibarən ənənəvi olaraq Osnabrück Şərq Festivalı keçirilir. Ölkənin qantara.de portalında qeyd edilir ki, festival Avropada şərq musiqisinin tanınmasında böyük rol oynayır (bax: http://de.qantara.de/inhalt/interview-mit-michael-dreyer-vom-osnabruecker-morgenland-festival-drehscheibe-zwischen-orient). İndiyədək festival İran, Suriya, İraq, İordaniya və Türkiyədə xor və orkestr layihələri həyata keçirib.
Məşhur Osnabrück Orient Festivalinin təsisçisi Mixael Drayer Azərbaycan haqqında söyləyib: “Azərbaycan məni çox heyrətləndirir. Bu kiçik ölkənin güclü musiqi kimliyi var. Azərbaycandan başqa heç bir yerdə muğamın özündə bütün musiqi üslublarını – klassik musiqidən caza qədər birləşdirən klassik sistem yoxdur. Mənim üçün festivalın ən yüksək zirvəsi 2009-cu ildə Alim Qasımov və İbrahim Keyvonun festivalda iştirak etməsi olub. O zaman hətta düşündüm ki, bəlkə artıq festivalın fəaliyyətini dayandırmaq olar. Alim Qasımov mənə festival barədə dedi ki, burada özümü evimdə hiss edirəm”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
AZERTAG.AZ :Mixael Drayer: Azərbaycan kimi kiçik ölkənin güclü musiqi kimliyi var