İtaliyanın sabiq baş naziri Franco Frattininin moderatoru olduğu panel iclasında Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili, Livanın sabiq baş naziri Fouad Siniora, pakistanın sabiq baş naziri Şaukat Aziz iştirak edib.
İtaliaynın sabiq xarici işlər naziri Franko Frattini bildirib ki, əldə olunana sülh sazişi İranın inkişafına və regionda söz sahibi olan dövlətə çevirilməsi ilə nəticələnə bilər: “P5+2 ilə əldə olunan beynəlxalq sülh sazişinin uğuru ilə İran beynəlxalq ictimaiyyət arasında öz mövqeyini yenidən bərpa etdi. Bu isə İslam Respublikasına regional gücmərkəzinə çevrilmək üçün əlverişli şərait yaradaıb. Regional dinamizim dəyişikliyi xüsusi ilə Xəzər regionunda həm yeni imkanlara, həm də problemlərə yol aça bilər”.
Livanın sabiq baş naziri Fouad Siniora bildirib ki, İran və Ərəb dövlətləri arasında gərginliyə dünyanın güc dövlətləri nəzarət etməlidir: “İranla Ərəb dövlətləri arasında sünnü-şiyə müharibəsi gedir. Hər iki tərəf bu müharibəyə son qoymalıdır. Çünkü çirkin siyasətdən əziyyət çəkən xalq, dinc və günahsız insanlar olur. Nə İran, nə də Səudiyyə Ərəbistanı münaqişlərin geniş miqyas almasına yol verməməlidir. Dünyanın güc dövlətləri isə münaqişənin genişlənməsinin qarşısını almalı və nzarət etməlidirlər”.

