A+
A

Ağcabədi, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il taxılçılıqda vəziyyət qənaətbəxşdir. Ötən illə müqayisədə məhsuldarlığın daha yüksək olacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov martın 11-də Ağcabədidə jurnalistlərə müsahibəsində söyləyib.
İri taxılçılıq təsərrüfatları yaratmaq istəyənlərə dövlət tərəfindən dəstək göstərildiyini vurğulayan nazir deyib: “Çalışırıq ki, bu cür təsərrüfatların sayı artsın. Bu proses davam edəcək. Çünki belə təsərrüfatlar məhsuldarlıq baxımından xeyli fərqlənir. Əkin sahəsi böyüdükcə rentabellik səviyyəsi də yüksəlir. Odur ki, biz iri təsərrüfatların yaradılmasında maraqlıyıq”.
Qeyd edək ki, ötən il iri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq ölkə üzrə orta göstəricidən təxminən iki dəfə yüksək olub və hektarda 50-60 sentnerə çatıb.
AZERTAG.AZ :Bu il taxılçılıqda məhsuldarlığın daha yüksək olacağı gözlənilir