A+
A–

Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) Çinin “HUAWEİ” şirkətinin təqdimatı keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə şirkət haqqında ətraflı məlumat verilib, AzTU ilə “HUAWEİ” arasındakı səmərəli əməkdaşlıqdan danışılıb.
“HUAWEİ” şirkətininin nümayəndələri təmsil etdikləri qurumun Azərbaycanda telekommunikasiya avadanlığı istehsalı ilə məşğul olduğunu diqqətə çatdırıb, məhsulların tətbiq sahələri barədə məlumat veriblər.
Şirkətin əməkdaşları bildiriblər ki, AzTU-nun bacarıqlı, hazırlıqlı, telekommunikasiya sisteminin incəliklərini yaxşı bilən məzunları kariyeralarını “HUAWEİ” şirkətində qura bilərlər.
AZERTAG.AZ :“HUAWEİ” şirkətindən AzTU-nun məzunları üçün karyera imkanları