A+
A

Bakı, 12 mart, AZƏRTAC
İtaliyanın “Yuventus” futbol klubu futbol üzrə İtaliya çempionatında – “A Seriyası”nda yeni rekord müəyyənləşdirib.
AZƏRTAC İtaliya mətbuatına istinadla xəbər verir ki, “Qoca sinyora” ötən gün “A Seriyası”nda “Sassuola”nı 1:0 hesabı ilə məğlub edərək qapısından top buraxmadığı oyunların sayını ona çatdırıb. “Yuventus”un qolkiperi Canluici Buffon qapısını 926 dəqiqə ərzində toxunulmaz saxlaya bilib.
AZERTAG.AZ :“Yuventus” futbol üzrə İtaliya çempionatında yeni rekord müəyyənləşdirib