Yeni ilin ilk faciəsi: bayram matəmə döndü - FOTO

Yeni ilin ilk faciəsi: bayram matəmə döndü - FOTO
17:32 1 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Şanxay şəhəriin Vaytan bulvarındakı basabas faciəsinə görə şəhərdə Yeni İllə bağlı bütün bayram tədbirləri ləğv olunub.
Bulvardakı basabasda 36 nəfər həlak olub, 47 nəfər yaralanıb.
 
Milli.Az South Chine Morning Post-a istinadən bildirir ki, Yeni İlin gəlişini qeyd etmək üçün çay sahilinə, bulvara yığışmış adamlar arasında basabasda əzilənlərin 13 nəfərinin vəziyyəti kritikdir.
 
Şahidlərin dediklərinə görə, basabas yüzlərlə şanxaylının səmadakı atəşfəşanlığı daha yaxşı görmək üçün baxış meydançasına çıxmaları ilə başlanıb. Basabas o qədər güclü idi ki, oradakı insanlar nəfəs almağa çətinlik çəkirdilər.
 
Bundan başqa, bulvarın yaxınlığındakı binalardan birinin pəncərəsindən kağız parçaları səpələyiblər. Adamlar bu kağızları pul sanaraq yığmağa başlayıblar.
Xatırladaq ki, basabasın Huanpu çayının sahilindəki Çen İ meydanına kütlənin axın etməsi zamanı yarandığı güman edilir.
 
2013-cü ildə bulvardakı şouya 300 min nəfər yığışmışdı və bu, nəqliyyat kollapsı yaratmışdı. Bu səbəbdən də meqapolisin rəhbərliyi kütlənin sayının azaltmaq üçün bu dəfə tədbiri Çen İ meydanında təşkil etmişdi.

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR