Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi və şöbə rəisinə qarşı rüşvət və korrupsiya ittihamlar yalan çıxdı. Bu barədə yoxlanılmamış məqalələr yazan KİV 2 ildən sonra həmin şəxslərdən üzr istəyib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Nüşrəvan Səfərova qarşı rüşvət və korrupsiya ittihamlarının AQİBƏTİ

Onun sözlərinə görə, "Bizim Dövr" xəbər portalında və gündəlik ictimai-siyasi qəzetinin 07.06.2014-cü il tarixli №100 (1203) saylı buraxılışında "Nüşrəvan Səfərovun korrupsiya sistemi. Malik İbrahimovun ay ərzində ona 5 milyon manata yaxın rüşvət yığdığı iddia olunur" başlıqlı məqalə; "Bizim Dövr" xəbər portalında və gündəlik ictimai-siyasi qəzetinin 11.06.2014-cü il tarixli №102 (1205) saylı buraxılışında "Bakının yol polisində dövr edən milyonlar. Namiq Kərimovun 200 min manatlıq yubileyi" başlıqlı məqalə; "Bizim Dövr" xəbər portalında və gündəlik ictimai-siyasi qəzetinin 13.06.2014-cü il tarixli №104 (1207) saylı buraxılışında "Nüşrəvan Səfərovun oliqarxa çevrilmiş işçisi. Korrupsiyaya qurşanmış Malik İbrahimov çoxsaylı evlərə, obyektlərə və avtomaşınlara sahiblənib" başlıqlı tənqidi məqalələr dərc edilib.

Nüşrəvan Səfərova qarşı rüşvət və korrupsiya ittihamlarının AQİBƏTİ

Bölmə rəisi qeyd edib ki, "Bizim Dövr" həmin məqalələrdə yer alan məlumatların həqiqətə uyğun olmadığını bildirərək üzr istəyib:

"Həmin məqalələr məlumatların mənbəyi araşdırılmadan yayılıb. Nəticədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nüşrəvan Səfərovun və İdarənin şöbə rəisi Malik İbrahimovun şərəf və ləyaqətini ləkələyən və onları nüfuzdan salan böhtan xarakterli məlumatlar yer alıb. Məqalələr hazırlanarkən alınan informasiyanın mənbəyi, mötəbərliyi və qarşı tərəfin fikri nəzərə alınmadan yerləşdirilib. Buna görə də "Bizm Dövr" xəbər portalının və gündəlik ictimai-siyasi qəzetinin rəhbərliyi həmin məqalələrdə şərh olunanların həqiqətə uyğun olmadığını bildirib və təkzib verərək Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəisi Nüşrəvan Səfərovdan və İdarənin şöbə rəisi Malik İbrahimovdan üzr istəyərək gələcəkdə belə neqativ halların təkrarlanmamasına söz verib".

İlkin İzzət
Milli.Az