A–
Bakı, 17 mart, AZƏRTAC
"Bank of Baku" Novruz bayramı ilə əlaqədar krediti dollar valyutasında olan müştərilər üçün yeni güzəşt imkanını təqdim edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, dollar valyutasında kredit götürmüş müştərilər martın 17 və 18-də borc öhdəliyinin qalan hissəsini manata çevirə bilərlər. Bu güzəşt imkanından dollarda kredit götürən bütün müştərilərin maksimum dərəcədə faydalanmasına imkan yaradılacaq. Təminatlı şərtlərlə kredit götürən müştərilərin müraciətlərinə fərdi qaydada baxılacaq. Bunun üçün kredit tarixçəsindən asılı olaraq müştərilərdən borcun minimum 10 faizdən başlayan hissəsini bankın cari məzənnəsi ilə ödəmələri tələb olunur. Bu əməliyyatın icrası üçün komissiya haqqı nəzərdə tutulmayıb.
Dollar kreditini manata çevirmək istəyən müştərilər krediti rəsmiləşdirdikləri və ya istənilən filiala müraciət edə bilərlər.
AZERTAG.AZ :"Bank of Baku"dan krediti dollar valyutasında olan müştərilər üçün yeni güzəşt