"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7 421,44 min kVt/saat və ya 19,93% azalaraq 29 809,75 min kVt/saata bərabər olub.
Komitədən bildirilib ki, hesabat dövründə xaricə həyata keçirilən elektrik enerjisi satışı 1 459,19 min ABŞ dolları dəyərində olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 472,77 min dollar, yaxud 24,47% azdır.