A–
Bakı, 18 mart, AZƏRTAC
“NIKOIL | Bank”ın yeni "Nərimanov" (keçmiş 10 saylı) filialının Təbriz küçəsi 210c ünvanında açılışı olub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, filialda yüksək səviyyəli və təkmilləşdirilmiş bank xidmətləri, o cümlədən hesablaşma-kassa, kreditləşmə, kommunal ödənişlər, plastik kart əməliyyatları, zəmanət, banklararası sənədli əməliyyatlar və milli və xarici valyutada həyata keçirilən digər əməliyyatlar göstəriləcək. "Nərimanov" filialı fərdi və korporativ müştərilərə xidmət göstərəcək.
AZERTAG.AZ :“NIKOIL | Bank”ın "Nərimanov" filialı yeni ünvanda fəaliyyət göstərəcək