“Report”un məlumatına görə, hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərardad və qərar ləğv edilib. İş aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı lisenziyası ləğv edilmiş “Gəncəbank” ASC məhkəməyə verib. AMB bankın müflis elan edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ASC-nin aidiyyət barədə vəsatətini təmin etməyərək, bankın müflis elan edilməsi barədə qərar çıxarıb. Qərardan narazı qalan “Gəncəbank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.