A+
A–

Bakı, 18 mart, AZƏRTAC
"Bank of Baku"nun bayram günlərində Bakıda və regionlarda fəaliyyət göstərən filialları və tərəfdaş mağazaları ödəniş terminalları vasitəsilə müştərilərin xidmətində olacaq.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər kredit və digər ödənişlərini bankın filiallarında 24/7 iş rejimində çalışan ödəniş terminalları və qırmızı "MilliÖn" və "eManat" ödəniş terminalları, eləcə də www.bankofbaku.com; www.e-pul.az; www.hesab.az saytları vasitəsilə həyata keçirə bilərlər.
Qeyd edək ki, martın 19-dan 22-dək (saat 17:00-dək) aparılmış bütün ödənişlər bankın əməliyyat proqramında martın 22-də, martın 23-dən 27-dək edilmiş bütün ödənişlər isə martın 28-də əks olunacaq.
AZERTAG.AZ :"Bank of Baku" bayram günlərində iş rejimini açıqlayıb