A+
A–

Lənkəran, 19 mart, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 16-dan 19-dək respublikamızın regionlarına təşkil edilmiş maarifləndirici tur-aksiya başa çatıb.
AZƏRTAC xəbər verir ki, Yevlax, Ucar, Zərdab, Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər və Laçın rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar.
Martın 19-da tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri Lənkəran şəhərindəki Bayraq Meydanından yola salıblar.
Cənub bölgəsindən zəngin təəssüratla ayrılan aksiya iştirakçıları ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları cənub bölgəsindən xoş təəssüratla ayrılıblar
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları cənub bölgəsindən xoş təəssüratla ayrılıblar
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları cənub bölgəsindən xoş təəssüratla ayrılıblar
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları cənub bölgəsindən xoş təəssüratla ayrılıblar