"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə hərbi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 11 məsələ müzakirə ediləcək. Rusiya MN-dən verilən informasiyaya görə, əsas diqqət 2020-ci ilədək hərbi əməkdaşlıq və 2017-ci ildə silahlı qüvvələrin birgə fəaliyyət konsepsiyalarının həyata keçirilməsinin müzakirəsinə yönələcək.
Görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın nümayəndə heyətləri iştirak edəcək.