Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Şagirdləri apararkən qəzaya düşən mikroavtobus xidməti avtobus deyil
Paylaş
64 baxış·1 dəq oxu
Bakı. 28 mart. REPORT.AZ/ “71 nömrəli məktəbin uzaq məsəfədə yaşayan valideynləri tərəfindən övladlarının məktəbə gətirilib-aparılması üçün özəl avtobus xidmətindən istifadə edilir. Bu gün səhər saatlarında məktəbə gələrkən qəza baş verib”. Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. İdarədən verilən məlumata görə, 10-a yaxın şagird xəstəxanaya aparılıb: ”Yüngül xəsarət alması səbəbilə hazırda hamısı evə buraxılıb”.