"ATV maqazin onlarla" verilişində məşhur müğənni Nura Surinin maraqlı və yumor dolu müsahibəsi yayımlanıb. Süjetdə Nuranın illərdir dostluq etdiyi həmkarı Samir Cavadzadənin də adı çəkilib.

Milli.Az bildirir ki, süjetdə Nura Suri Samiri sevdiyini açıqlayıb. Amma bu etirafın arxasında kişi və qadın münasibətləri deyil, əsl dostluq dayanıb.

Yayımlanan süjetdən sonra bəzi yerli sayt əməkdaşları məsələnin zarafat deyil, ciddi olduğunu düşünərək, çalışdıqları qurumda "Nura Suri ilə Samir Cavadzadə sevgilidir" başlığı altından xəbərlər dərc ediblər.

Bu başlıqları görən Nura mətbuat nümayəndələrinə səslənib: "Samirlə dostluğumuz hələ şou-biznesə gəlmədən öncə yaranıb. Bizim doğmalıq münasibətlərimizin kökü illər öncəyə söykənir. Süjetdə yayımlanan açıqlamada mənim bu mövzuya zarafatla yanaşmağım aydın görünür. Dostluğumuz haqda gülərək danışıram. Yerli saytlardan xahiş edirəm ki, reytinq xətrinə yalançı başlıqlar dərc edib, oxuculara səhv məlumat çatdırmasınlar".

Milli.Az