İ.Muradov 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. İ.Muradov müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müavini, təyinatdan əvvəl isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
İ.Alışov isə 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində başlayan İ.Alışov sonradan bank sektorunda müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən “Caspian Development Bank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edir.