"Report" xəbər verir ki, bu barədə öz "Instagram" səhifəsində Rusiya klubunun oyunçusu Tatyana Koşelyeva yazıb.
"Türk komandasının fanatları özlərini olduqca qeyri-adekvat aparıblar, onların sözləri və hərəkətləri bizə olan nifrətlərini göstərirdi. Tribunalardan başımıza zir-zibil tullayırdılar! Mənim üçün ən sarsıdıcı məqam isə "Qalatasaray"ın baş məşqçisinin mənə və komandamızın heyət üzvlərinə orta barmağını göstərməsi oldu", — deyə Koşelyeva bildirib.
Martın 29-da İstanbulda keçirilən ilk qarşılaşma Türkiyə klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.