A+
A–

Bakı, 30 mart, AZƏRTAC
“PAŞA Sığorta” şirkətinin əməkdaşları “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə növbəti təlim keçiriblər.
“PAŞA Sığorta” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, bu müsabiqədə qaliblərə “Sığorta işinin əsasları və korporativ idarəetmə” mövzusunda təlimlər keçirilib. İlk təlim fevralın 29-dan martın 1-dək keçirilib, təlimdə 11 qalib şəxs iştirak edib. Budəfəki təlimdə 7 qalib şəxs iştirak edib.
Təlimlər risklərin idarə olunması, sığorta işinin əsasları, sığorta iddialarının tənzimlənməsi, marketinq, insan resursları və mühasibat mövzularını əhatə edib və “PAŞA Sığorta” şirkətinin əməkdaşları tərəfindən şirkətin baş ofisində keçirilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar və xüsusi hədiyyələr təltif olunub.

AZERTAG.AZ :Sığortaçı Akademiyası layihəsi çərçivəsində növbəti təlim keçirilib