A+
A–

Qahirə, 30 mart, AZƏRTAC
Misirli jurnalist və yazıçı Məhəmməd Sələmənin “21 mart Novruz bayramı Azərbaycan və Orta Asiya ölkələrində azadlığın, sülhün rəmzidir” başlıqlı məqaləsi bu ölkənin “Əl-Ənval.press” internet saytında dərc edilib.
M.Sələmə məqaləsində sözügedən bayramı haqqında geniş məlumat verib. Bildirib ki, 2009-cu ildən Novruz BMT tərəfindən beynəlxalq bayram kimi tanınır. O, məqaləsində bu bayramın Orta Asiya ölkələrində, xüsusilə də Azərbaycanda böyük sevinclə qarşılandığını bildirib.
Azərbaycanda keçirilən Novruz bayramına xüsusi yer ayıran M.Sələmə Prezidenti İlham Əliyevin hər il bayram münasibətilə öz xalqını təbrik etməsinə toxunub. Bütün dünya azərbaycanlılarının Novruz bayramını qeyd edərək həmrəylik nümayiş etdirdiyini qeyd edən müəllif bu bayramın artıq 25 ildir müstəqil Azərbaycanda rəsmi şəkildə keçirildiyini vurğulayıb.
Məqalədə Orta Asiya ölkələrində qeyd olunan Novruz tədbirlərindən ayrı-ayrılıqda söz açan müəllif bəzi ölkə başçılarının sözügedən bayramla əlaqədar çıxışlarına istinad edib, həmin xalqların bayramı hansı şəkildə keçirdikləri barədə məlumatlar verib.
Məqaləni aşağıdakı linkdən oxumaq olar. (www.alanoualpresse.com).
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
AZERTAG.AZ :Misirli jurnalistin Novruz bayramı haqqında məqaləsi maraq doğurur