"Report"un məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Tahirov 10 il N.Rəziyevlə E.Muradovun hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhər sakinlərinə qarşı quldurluq edərək pul ələ keçirib. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hər üç şəxs saxlanılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunublar.