Ucarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib

Ucarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib
20:13 19 Fevral 2015
164 Ölkə
Ölkə mətbuatı
A- A+


Ucar, 19 fevral, Adil Ağayev, AzərTAc
Ucar Rayon İcra Hakimiyyətində torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda əlil olan ucarlılarla və şəhid ailələri ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı ölkəmizdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, bu kateqoriyalardan olan insanlar üçün Ucarda 32 və 16 mənzilli iki bina, 7 fərdi ev tikilib istifadəyə verilib. Hazırda rayon mərkəzində və kəndlərdə 6 fərdi ev inşa olunur. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin qayğılarına daim diqqətlə yanaşılacağı vurğulanıb.
Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda səsləndirilən təkliflərlə bağlı ayrı-ayrı xidmət rəhbərlərinə konkret tapşırıqlar verilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ucarda_Qarabag_muharibesi_elilleri_ve_sehid_aileleri_ile_gorus_kechirilib-833494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR