Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşları qəbul edəcək
20:18 19 Fevral 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+


 
Bakı, 19 fevral, AzərTAc
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov fevralın 20-də saat 10-da  Ağsu rayonunda vətəndaşları qəbul edəcək.
Nazirlikdən AzərTAc-a bildirilib ki, qəbulda Ağsu, Şamaxı, Qobustan rayonlarında əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlər dinləniləcək.
 Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 nömrəli “Qaynar xətt”, 598-38-18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən sakinlər zərurət olduğu halda, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyatla təmin olunacaqlar. Bunun üçün Ağsu rayonunda 226-50-99, Şamaxı rayonunda 265-15-00, Qobustan rayonunda 245-23-30 nömrəli telefonlara zəng etmək lazımdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabite_ve_yuksek_texnologiyalar_naziri_Agsuda_vetendaslari_qebul_edecek-833499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR