A+
A–

Bakı, 31 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər Sumqayıt şəhərində, Qazax, Qaradağ, Suraxanı və Səbail rayonlarında keçirilib.
Səyyar xidmətlər zamanı ümumilikdə 1650-yə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib.
Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

AZERTAG.AZ :Şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı beş rayonda 1650-dək sakinin sənədləri qəbul edilib