Rusiyadan Sarkisyana xəbərdarlıq

Rusiyadan Sarkisyana xəbərdarlıq
22:05 19 Fevral 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyi ilə maraqlanacağı barədə etdiyi açıqlamaya bu gün rəsmi Moskvadan cavab gəlib.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, Rusiyanın Xarici İşlər nazirliyinin sözcüsü Aleksandr Lukaşeviç jurnalistlərə açıqlamasında məhz bu məsələni təhlil edib.
 
"Nazir Sergey Lavrovun da dediyi kimi, bu məsələ ikitərəfli şəkildə erməni həmkarlarımızla müzakirə olunacaq. Mən istərdim ki, sizin diqqətinizi ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərinə və Azərbaycan, Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətə yönəldim. Təmas xəttində vəziyyət həyəcanvericidir. Hadislərin bu cür davam etməsi münaqişənin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun iştirakçılarına cəhd etdiyi nöqtəyə yaxınlaşmağa imkan vermir", - deyə Lukaşeviç bildirib.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/43229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR